Milliyə qayıtmaq istəyir: Mümkün olan hər şeyi edəcəyəm
“Bayern”in qapıçısı Manuel Noyer Almaniya millisinin əsas heyətinə qayıtmaq istəyindən danışıb.
Aut.az xəbər verir ki, o, noyabrdakı oyunlar üçün milliyə dəvət almağının mümkün olmadığını bildirib:
“Mən Yulian Naqelsmann ilə əlaqə saxlayıram. Danışdıq və ortaq məxrəcə gəldik. İndi məni dəvət edə bilmir, amma formamda irəliləyiş görəcəyinə ümid edir. Milli komandaya qayıtmaq üçün mümkün olan hər şeyi edəcəyəm”.
Noyer uzun illər Almaniya millisinin əsas qapıçısı olub. Futbolçu 2009-cu ildə millidə debüt edib. 37 yaşlı qolkiper kapitanı olduğu bundestimin heyətində 117 matçda iştirak edib.
Xatırladaq ki, oktyabrın 28-də Noyer Bundesliqada “Darmştadt 98”lə matçda ayağı sındıqdan sonra ilk dəfə “Bayern”in əsas heyətinə qayıdıb. O, “Qalatasaray”la Çempionlar Liqası matçında da meydanda olub.
Aut.az
