Premyer Liqada tarixi məhsuldarlıq: Rekorda doğru gedir
İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə məhsuldarlığı ilə seçilir.
Aut.az liqanın rəsmi saytına istinadən xəbər verir ki, klublar 223 matçda 710 qol vurub (hər oyuna 3,18). Bu temp mövsümün sonuna kimi davam edərsə, klublar 1200-dən çox qol vuracaq.
38 oyunluq mövsümlər üzər hazırkı rekord ötən mövsüm qeydə alınıb – 1084 qol.
Premyer Liqanın mütləq rekordu 42 turdan ibarət 1992/93 mövsümündə qeydə alınıb. Həmin vaxt komandalar 1222 qol vurub (hər oyuna orta hesabla 2,6 qol)
