Dünya futbolu

“İnter Mayami” qalib gəldi, Messi isə…

“İnter Mayami” yoldaşlıq görüşündə Honq Konq çempionatının ulduzlardan ibarət komandasını məğlub edib.

Aut.az xəbər verir ki, Asiya tur çərçivəsində sözügedən ölkədə baş tutan görüş ABŞ klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“İnter”in heyətində Robert Taylor, Louson Sanderlend, Leonardo Kampana və Rayan Seylor hərəyə bir qol vurub.

Oyundan bir gün əvvəl Mayami klubunun açıq məşqinə on minlərlə azarkeş qatılsa da, argentinalı Lionel Messi matçda iştirak etməyib. Onun belində ağrılar olduğu bildirilir.