İngiltərə

Ronaldo “Yunayted”ə qayıdışından danışdı: İnanılmaz şeylər etdim

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2021/22 mövsümündə “Mançester Yunayted”ə qayıdışından danışıb.

Aut.az xəbər verir ki, o, bu sözləri deyib:

“Mançester Yunayted”ə qayıdanda çox xoşbəxt idim. Ən çox qol vuranlardan biri də mən idim. Klubla inanılmaz işlər görmüşəm. İlk mövsümümdə artıq 37 yaşım var idi və liqada üçüncü ən çox qol vuran oyunçu idim. Bütün yarışlarda fərqlənmişdim. Mən inanılmaz şeylər etdim”.

Ronaldo ikinci dəfə 2021-ci ilin yayında 17 milyon avroya “Yuventus”dan “Yunayted”ə qayıdıb. Əfsanəvi portuqaliyalı bundan əvvəl 2003-cü ilin yayından 2009-cu ilin yayına kimi Mançester klubunda çıxış edib. Ümumilikdə Ronaldo MY-nin heyətində bütün yarışlarda 346 oyun keçirib və 145 qol vurub.

Aut.az