Türkiyə

Vüsal İsgəndərli oynadı?

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Türkiyə kubokunda mübarizəni dayandırıb.

Aut.az xəbər verir ki, Bolu təmsilçisi 1/16 finalda “Başakşəhər”in qonağı olub. Oyun İstanbul klubunun qələbəsi ilə bitib – 1:0.

İsgəndərli bu oyunun iştirak ərizəsinə daxil edilməyib. O, “Adanaspor”la heç-heçə (1:1) etdikləri 1-ci liqanın 18-ci turunun matçında “Boluspor”da debüt etmişdi.