Dünya futbolu

Benzemanı “qol maşını”na Mourinyo çevirib – Bu söhbətdən sonra

Joze Mourinyonun “Real”da işləyərkən köməkçisi olmuş Joze Morais portuqal mütəxəssisin Kərim Benzema ilə söhbəti haqda danışıb.

Aut.az xəbər verir ki, Morais bu söhbətdən sonra Benzemanın “qol maşını”na çevrildiyini bildirib.

“Benzema həm azarkeşlər, həm də prezident Florentino Peres tərəfindən çox sevilən bir oyunçu idi, lakin o, çox qol vurmurdu. Mourinyo bu barədə Benzema ilə danışmaq istədi və mən fransızca danışdığım üçün tərcüməçi kimi fəaliyyət göstərdim.

Mourinyo Benzemaya “Sən qol vurmalısan, elə deyilmi?” deyərkən hücumçu belə cavab verdi: “Cənab qol vurmağımı istəyir?” “Əlbəttə ki, qol vurmağınızı istəyirəm, nə üçün buradasınız? Sən qol vurmaq üçün hücumçusan” deyən Mourinyo, Benzema “Yaxşı, tamam. Qol vurmağımı istəyirsənsə, bunu edərəm” cavabını verib.

Morais izah edib ki, bu söhbətdən sonra Benzema oyuna münasibətini dəyişib. “O, əla oyunçu idi, amma ondan nə istədiklərini başa düşmürdü. Onun işi sadəcə qol vurmaq idi. O, meydana sadəcə oynamaq üçün çıxmışdı, amma qol vurmaq ikinci planda idi. O, qol vəziyyətləri yaradırdı və sonra topu başqalarına ötürürdü ki, onlar fərqlənsin.

Bu söhbətdən sonra Benzema məşqçinin nə istədiyini anlamağa başladı”, – Morais deyib.

Qeyd edək ki, Benzema “Real”a 2009-cu ilin yayında “Lion”dan keçmişdi. İlk mövsümündə bütün yarışlarda 33 matçda 9 qol vurub və 6 məhsuldar ötürmə edib. Joze Mourinyo 2010-cu ilin yayında Madrid klubunda çalışmağa başlayıb. 2010/11 mövsümündə Benzema 26 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az