Dünya futbolu

“İnter” Suareslə anlaşdı, amma…

“İnter Mayami” hücumçu Luis Suares ilə bir illik müqavilə imzalayb.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Bildirilir ki, Suaresin komandada hansı statusda oynayacağı məlum deyil. Liqa bu qış iştirak ərizəsiylə bağlı qaydalara mümkün dəyişiklikləri müzakirə edəcək.

MLS klublarına üç xüsusi oyunçu sifariş etməyə icazə verilir. Onlar maaşları komandanın büdcəsindən çox ola bilən futbolçulardır. “İnter”də Lionel Messi, Serxio Buskets və Qreqor bu qrupa daxildir. Onların hamısı ötən mövsümü Amerika klubunda xüsusi oyunçu kimi çıxış ediblər.

MLS rəhbərliyi limitlə bağlı dəyişiklik etməsə, indiki qaydalara görə “İnter Mayami” Suaresi transfer etmək üçün Qreqoru komandadan göndərməlidir. Braziliyalı futbolçunun isə klubla müqaviləsi 2025-cü ilin dekabrına kimidir.

Heybət