İspaniya

Arzusuna bax: Messi kimi olmaq istəyir

“Barselona”nın vingeri Lamin Yamal “İnter Mayami”nin hücumçusu Lionel Messini öz kumiri adlandırıb.

“Messi mənim kumirimdir. O, həmişə belə olub və indi də belədir. Mənim başqa kumirim olmayıb. Bir dəfə Messi ilə şəkil çəkdirdim – o vaxtlar hələ tanınmayan oyunçu idim. Bəlkə bir gün mən də onun kimi olacağam”, – deyə Yamalın sözlərini “Goal” sitat gətirib.

Dekabrın 5-də Messi Amerikanın “Time” jurnalına görə ilin idmançısı seçilib.

Aut.az