İspaniya

La Liqa bu klubun azarkeşlərini məhkəməyə verir: Yenə də…

La Liqa İspaniya kubokunun yarımfinalında “Real Madrid”in cinah oyunçusu Vinisius Juniora meymun jestləri edən “Real Sosyedad” azarkeşlərini məhkəməyə vermək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. Mənbənin sözlərinə görə, La Liqa İspaniya kubokunun təşkilatçısı kimi çıxış etməməsinə baxmayaraq, bu azarkeşləri məhkəməyə verəcək.

Bundan əvvəl internetdə “Real Sosyedad” azarkeşlərindən birinin braziliyalı futbolçuya meymun jestləri etdiyini əks etdirən video yayılıb. Matçın baş hakimi bu hadisəyə diqqət yetirməyib.

Aut.az