Dünya futbolu

Neymar bunu ilk dəfə açıqladı: Pep dedi ki, vurmasan, admı dəyişdirəcəm

“Santos”un hücumçusu Neymar karyerası ilə bağlı maraqlı bir məqamı ilk dəfə açıqlayıb.

Aut.az xəbər verir ki, o, müsahibəsində 2013-cü ildə Avropaya gələrəkən “Barselona”ya yox, “Bayern”ə keçmə ehtimalının olduğunu bildirib: Həmin vaxt Münhen komandası ilə danışıqlar aparan Pep Qvardiola onu gələcək komandasına keçməyə razı salmağa çalışıb:

“Pep Qvardiolaya görə az qala “Bayern”ə keçirdim… . Puşkaş mükafatını alandan sonra atam gecə saat 2-də mənə zəng etdi, dedi ki, qapını aç. Həmin an alt paltarımda idim. Atam, Pep Qvardiola və tərcüməçi yanıma gəldi!

Pep mənə dedi: “Mən səninlə müqavilə imzalamaq istəyirəm. Mən səni dünyanın ən yaxşı oyunçusu edəcəm”.

Bir kağız çıxardı, noutbukunu açdı, necə oynayacağımı söylədi və daha sonra dedi: “Bir mövsümdə 60 qol vurmasan, adımı dəyişdirəcəm”.

Mən cavab verdim: “Yaxşı, amma hansı komandada?” Pep dedi: “Hələ açıqlanmadığı üçün sizə deyə bilmərəm”. Amma mən onu inandırdım və o, “Bayern” ilə müqavilə imzaladığını söylədi. Amma sonda “Barselona”ya keçməyə qərar verdim”.

Xatırladaq ki, Neymar 2013-cü ildə “Santos”dan “Barselona”ya keçib.