Çarəsiz idik: “Real”ın futbolçusundan “Barselona” ilə bağlı acı etiraf
“Real Madrid”in futbolçusu Federiko Valverde İspaniyanın “Movistar” telekanalında yayımlanan “Universo Valdano” televiziya proqramına qatılıb.
Aut.az xəbər verir ki, futbolçu “Barselona” ilə oyundakı məğlubiyyətdən sonra komandasının keçirdiyi emosiyalar haqda danışıb:
“Çox ağrılı məğlubiyyət idi. Çox aciz görünürdük. Belə uduzanda özünü dəhşətli hiss edirsən. Etiraf etməliyik ki, pis oyun keçirdik. Çox səhv etmədik, amma “Barselona” həmin matçda əla oynadı.
İlk hissədə qol vurmaq üçün əla şanslarımız oldu, amma alınmadı. Oyunun ikinci hissəsində hər şey plana uyğun getmədi – əvvəlcə bir, sonra ikinci qol buraxdılar. Bunu taktika və ya şansla izah etmək çətindir. Nə baş verdiyini bilmirəm”.
“Real” – “Barselona” matçı oktyabrın 26-da baş tutub – qonaqlar 4:0 hesabı ilə qələbə qazanıblar. Kataloniya klubu bütün qolları ikinci hissədə vurub – Robert Levandovski (iki dəfə), Lamin Yamal və Rafinya.
Aut.az
