Miyatoviç “Real”ın dərdinin dərmanını dedi: Onu tapmasa…
“Real Madrid”in sabiq futbolçusu Predraq Miyatoviç komandasının İspaniya kubokunun 1/8 finalında “Albasete”yə uduzmasını (2:3) dəyərləndirib.
Aut.az xəbər verir ki, Miyatoviç bu barədə İspaniya mətbuatına danışıb.
“Üç gün ərzində “Real Madrid” iki titul və bir məşqçi itirdi. Bu matç əzəli rəqiblərinə Superkubokda məğlubiyyətdən, məşqçi dəyişikliyindən sonra baş verdi, oyunçular daha zəif komandaya qarşı çıxa biləcəklərini düşündülər və sonra belə oldu.
Belə bir vəziyyətdə hər şeyi dəyişə bilən məşqçi və ya prezident deyil, futbolçuların özləridir. Bunu düzəltməyin başqa yolu yoxdur.
Kroos, Modriç və Ramos paltardəyişmə otağında olsaydılar, özümü daha rahat hiss edərdim – liderlər, gənc oyunçuları toplayıb vəziyyəti dəyişdirməyə çalışan köhnə qvardiya nümayəndələri.
Bu komandada hazırda Xabi Alonso və ya Arbeloanın fikirlərindən asılı olmayaraq dəqiq lider yoxdur. Madrid belə bir lider tapmasa, ciddi problemlər yaranacaq”, – Predraq Miyatoviç deyib.
Aut.az
