İngiltərə

Görün Runinin qardaşı necə qol vurdu – VİDEO

“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş hücumçusu Ueyn Runinin kiçik qardaşı Con Runi İngiltərə 7-ci Divizion matçında möhtəşəm qol vurub.

Aut.az xəbər verir ki, onun mərkəz xətdən endirdiyi zərbə qarşısıalınmaz olub.

“Maklsfild”də çıxış edən 32 yaşlı futbolçu İngiltərənin Şimali Premyer Liqasında “Basford Yunayted”lə qarşılaşmada (1:1) fərqlənib.

Xatırladaq ki, Ueyn Runi hazırda “Birmingem”in baş məşqçisidir.

Aut.az