Dünya futbolu

Ronaldo bunu da bacardı

Kriştiano Ronaldo milli komanda səviyyəsində unikal nailiyyət əldə edib.

Aut.az xəbər verir ki, Avro-2024-ün seçmə mərhələsinin 9-cu tur matçında Ronaldo Portuqaliya millisinin heyətində Lixtenşteynlə qarşılaşmada qol vurub. Portuqaliyalı 38 yaşında millinin heyətində ən azı 10 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, Portuqaliya 2024-cü il Avropa çempionatının final mərhələsinə vəsiqəni ötən ay təmin edib. Komanda 27 xal toplayıb və qrupda birinci yerdədir. Növbəti, son turda Portuqaliya millisi İslandiya millisi ilə qarşılaşacaq. Qarşılaşma noyabrın 19-da Lissabonda keçiriləcək.