İngiltərə

Görün “Yunayted” qovduğu məşqçilərə nə qədər kompensasiya ödəyib

Aleks Ferqyusonun gedişindən bəri “Mançester Yunayted” məşqçi heyətinin kompensasiyasına təxminən 100 milyon funt sterlinq (115 milyon avro) xərcləyib.

Aut.az xəbər verir ki, “The Telegraph” qəzetinin məlumatına görə, klub 5 yanvarda istefaya göndərdiyi Ruben Amorimin  müqaviləsinin qalan on səkkiz ayı üçün 10 milyon funt sterlinq (11,5 milyon avro) kompensasiya ödəyəcək.

Ferqyuson 2013-cü ildə komandadan ayrıldıqdan sonra “Yunayted” məşqçilər və onların işçi heyəti üçün kompensasiyaya 78 milyon funt sterlinq (90 milyon avro) xərcləyib. Devid Moyesə 4,9 milyon funt sterlinq (5,6 milyon avro), Lui van Qala 8,4 milyon funt sterlinq (9,6 milyon avro), Joze Mourinyoya 19,6 milyon funt sterlinq (22,5 milyon avro), Ole Qunnar Sulşerə 10 milyon funt sterlinq (11,5 milyon avro), Ralf Ranqnikə 14,7 milyon funt sterlinq (16,9 milyon avro) və Erik ten Haqa 10 milyon funt sterlinq (11,5 milyon avro) ödənilib.

Bundan əlavə, klub məşqçilərin, direktorların transferinə təxminən 21 milyon funt sterlinq (24 milyon avro) xərcləyib. Ən böyük kompensasiya 2024-cü ildə Amorimin təyinatı üçün “Sportinq”ə ödənilən 11 milyon funt sterlinq (12,6 milyon avro) olub.

Aut.az