Onun da evini qarət etdilər, avtomobilini apardılar
İngiltərə çempionatının 32-ci turunun “Fulhem”lə oyununun başlamasına təxminən 48 saat qalmış “Nyukasl”ın hücumçusu Aleksandr İsakın evi qarət edilib.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Mənbənin sözlərinə görə, polis isveçli futbolçunun avtomobilinin oğurladığını təsdiqləyib. Oğurluq zamanı İsakın özünün, yoxsa ailəsinin binada olub-olmadığı məlum deyil.
Xatırladaq ki, daha əvvəl İngiltərədə İsakın komanda yoldaşı, hücumçu Coelintonun, eləcə də “Mançester Siti”nin vingeri Cek Qrilişin evi qarət edilmişdi.
Aut.az
