Dünya futbolu

Futbolçu hakimə kəllə atdı

Ukrayna Birinci Liqasının 15-ci turunun Horişni Plavni şəhərində keçirilən oyununda yerli “Qornyak-Sport” – “Dinaz” matçında qalmaqallı yaşanıb.

Aut.az xəbər verir ki, ikinci hissədə qonaqların hücumçusu Vyaçeslav Şevçenko matçın baş hakimi Vasili Faydanı vurub.

Matçın 60-cı dəqiqəsində 0:1 hesabı ilə “Qornyak-Sport” klubunun xeyrinə olan hakimin qərarından narazı qalan Şevçenko ona şikayət etməyə başlayıb və buna görə xəbərdarlıq alıb. Ukraynalı futbolçu sakitləşməyib və özünü eyni formada aparmağa davam edib və cəmi 4 dəqiqə sonra referi ona qırmızı vərəqə göstərib.

Şevçenko nalayiq hərəkətə görə qırmızı vərəqə alıb

Bu, Şevçenkonu qəzəbləndirib. Nəticədə o, baş hakimin sinəsinə zərbə endirib.

Vyaçeslav Şevçenko matçın hakimini Zidan üslubunda vurub

Hər iki komandanın oyunçuları Şevçenkonu hadisə yerindn uzaqlaşdırmağa çətinlik çəkiblər.  O, ilk cəhddə meydanı tərk edib. Bir neçə dəfə hakimin yanına qayıtmağa və məsələni yenidən aydınlaşdırmağa çalışıb.

"Qornyak"ın futbolçuları Şevçenkonu hakimdən uzaqlaşdırmaqda çətinlik çəkiblər

Yekunda qarşılaşma 2:0 hesabı ilə “Qornyak-Sport” klubunun xeyrinə başa çatıb.

Aut.az