İnfantino sensasiyalı xəbəri canlı yayımda açıqladı: Ronaldo…
Tanınmış YouTuber IShowSpeed FİFA prezidenti Canni İnfantino ilə canlı yayımda ABŞ-da keçiriləcək klublararası dünya çempionatını müzakirə ediblər.
Aut.az xəbər verir ki, veriliş zamanı İnfantino sensasion xəbər verib: IShowSpeed-in sevimli oyunçusu Kriştiano Ronaldo turnirdə iştirak edə bilər.
“Əl-Nəsr” turnirə vəsiqə qazanmadığı üçün bu, yalnız bir şeyi ifadə edə bilər – əfsanəvi portuqaliyalı başqa kluba keçə bilər.
FIFA qaydaları qısamüddətli keçidlərə xüsusi olaraq Klublararası Dünya Çempionatı zamanı icazə verir. Ronaldonun iki keçmiş klubu, “Real” və “Yuventus” ABŞ-da yarışacaq.
Portuqaliyalı ulduz hansı klubda olacaq?
Aut.az
