Argentina millisində növbəti ciddi itki: Sıradan çıxdı
“İnter”in hücumçusu və kapitanı Lautaro Martines Argentina millisinin düşərgəsini tərk edib.
Aut.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Martinez sol ayağından zədə alıb. O, martın 22 və 26-da Uruqvay və Braziliya ilə keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyunlarında Lionel Skaloni komandasına kömək etməyəcək.
Forvardın sağalması üçün dəqiq vaxt məlum deyil. Yerli KİV-in iddiasına görə, Martinesin “İnter”in növbəti iki oyununda – A seriyasında “Udineze” ilə və İtaliya Kubokunun yarımfinalında müvafiq olaraq martın 30-da və aprelin 2-də keçiriləcək “Milan”la qarşılaşmalarda iştirakı sual altındadır.
Bu, Argentina millisinin mart oyunları üçün ilk ciddi itkisi deyil. Komanda Paulo Dibala və Lionel Messisiz də qalıb.
Aut.az
