Messidən xəbər var: Sentyabrın 1-nə keçən gecə…
Argentinalı hücumçu Lionel Messi “İnter Mayami” ilə məşqlərə qayıdıb.
Aut.az xəbər verir ki, bu barədə Amerika klubunun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı argentinalı sonuncu dəfə iyulun 15-də Amerika kubokunun finalında Kolumbiya ilə qarşılaşmada (1:0) meydana çıxıb. Bundan sonra Messi topuq bağındakı zədə səbəbindən “İnter Mayami”nin 7 oyununu buraxıb.
Beləliklə, Messi MLS-in adi mövsümündə sentyabrın 1-nə keçən gecə baş tutacaq “Çikaqo Fayr”la matçda iştirak edə bilər.
Aut.az
