Dünya futbolu

Jiru vurdu, komandası ABŞ kubokunu qazandı – VİDEO

Los-Ancelesdə ABŞ kubokunun final matçı keçirilib.

Aut.az xəbər verir ki, finalda “Los Anceles” əlavə vaxtda “Sportinq Kanzas Siti”ni 3:1 hesabı ilə məğlub edib.

Əsas vaxt 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Los-Anceles”də Olivye Jiru, “Kanzas”da isə Erik Tommi fərqlənib. Əlavə vaxtda qolları Omar Kampuş və Key Kamara vurub.

Aut.az