O gecəyə görə üzr istəyib
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqada “Mançester Siti”yə məğlubiyyətdən sonra (0:3) Markus Reşfordun gecə məclisinə getməsinə münasibət bildirib.
“Bundan xəbərim var, onunla danışmışam. Qəbuledilməzdir. Markus üzr istədi, vəssalam. Bu daxili məsələdir.
Vəziyyəti düzəltmək üçün çox həvəslidir. O səhv edib, amma səhv etdiyini başa düşüb, bizimlədir, hər şey qaydasındadır”, – insayder Fabritsio Romano Ten Haqdan sitat gətirib.
“Mançester Yunayted”in forvardı 26 yaşını qeyd etmək üçün məşhur gecə klubuna yollanıb (Reşford oktyabrın 31-də anadan olub – red.). Gecə məclisi səhərə qədər davam edib.
Lakin Reşford bazar ertəsi komandanın məşqini qaçırmayıb.
Aut.az
