Dava düşdü, bir azarkeş bıçaqlandı
Dünən, oktyabrın 21-də, Las Palmas de Qran Kanariyada “Las Palmas” və “Rayo Valyekano” ultrasları arasında dava olub, azarkeşlərdən biri bıçaqlanıb.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Davada təxminən 150 nəfərin iştirak etdiyi bildirilir. İğtişaşlar şəhərin bir neçə restoranında istirahət edən “Las Palmas” azarkeşlərinə hücum edən “Rayo Valyekano” klubunun radikal azarkeşləri tərəfindən başlayıb.
Yerli polis bu davaya son qoya bilib, nəticədə bir “Ovyedo” azarkeşi də həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları davanın yenidən başlamasının qarşısını almaq üçün bir müddət hadisə yerində qalıblar. Xəsarət alan azarkeşin yüngül zədə aldığı vurğulanır.
Aut.az
