Azərbaycanlı gimnastlar Avropa çempionu oldu
Bolqarıstanın Varna şəhərində keçirilən Akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı davam edir.
Aut.az xəbər verir ki, Azərbaycanın Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) Avropa çempionu olub.
Onlar balans hərəkətlərində qızıl medal qazanıblar.
