Azərbaycan gimnastı Dünya Kuboku seriyasının qalibi oldu
Tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin Dünya Kuboku seriyasının qalibi olub.
Aut.az xəbər verir ki, idmançı mövsüm ərzində keçirilən Dünya Kuboku yarışlarında nümayiş etdirdiyi yüksək və stabil nəticələr sayəsində bu uğura imza atıb.
