Salah DÇ-də də yaradır – Bu göstəricidə liderdir
Misir millisinin hücumçusu və kapitan Məhəmməd Salah 2026-cı il Dünya Kuboku matçlarında 90 dəqiqəyə orta hesabla 4,26 qol şansı yaradır.
Aut.az xəbər verir ki, “Squawka” hesabına görə, bu, onu cari turnirdə ən azı 300 dəqiqə oynamış bütün oyunçular arasında ən yüksək göstəriciyə malik oyunçu edir.
2026-cı il Dünya Kuboku matçlarında 90 dəqiqəyə yaradılan şanslara görə ilk 5 oyunçu arasında Belçikanın hücumçusu Leandro Trossard (3.99), Kot-d’İvuarlı hücumçu Yann Diomande (2.99), Belçikanın yarımmüdafiəçisi Kevin De Bruyne (2.99) və Almaniya millisinin yarımmüdafiəçisi Florian Virts (2.98) də var.
Aut.az
