Digər

Yığmanın sabiq üzvü narkotiklə saxlanıldı

42 yaşlı keçmiş futbolçu Aleksey Buqayev Krasnodarda saxlanılıb. Onun üzərində təxminən 495 qram mefedron aşkar edilib.

Aut.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Buqayev xüsusi üsuldan istifadə etməklə narkotik vasitə əldə edib. Alekseyə qarşı xüsusilə külli miqdarda narkotik saxlama  maddəsi ilə cinayət işi açılıb.

Həbsi zamanı Buqayev polisə müqavimət göstərib.

Futbolçu Moskva Torpedosunun yetirməsidir. O, Rusiyanın “Tom”, “Lokomotiv”, “Ximki” və “Krasnodar” kimi klublarında da çıxış edib. 2010-cu ildə karyerasını bitirib. 2004-2005-ci illərdə Rusiya millisinin heyətində yeddi oyun keçirib.

Aut.az