Azərbaycan millisi Çili ilə heç-heçə etdi
Bakıda keçirilən Çövkən üzrə II dünya çempionatında Azərbaycan və Çili milli komandaları üz-üzə gəlib.
Aut.az xəbər verir ki, Baş tutan qarşılaşma gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Hər iki komanda etibarlı oyun nümayiş etdirsə də, görüşdə hesab açılmayıb.
Beləliklə, Azərbaycan və Çili yığmaları arasındakı oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb. Nəticədə komandalar turnir cədvəlinə hərəyə 1 xal əlavə ediblər.
