Dünya futboluİspaniya

Benites Braziliyaya gedir?

“Valensiya”, “Selta”, “Çelsi”, “Liverpul” və “Real”ın sabiq baş məşqçisi Rafael Benites Braziliyanın “Botafoqo” klubuna rəhbərlik edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Botafoqo” komandanın baş məşqçisi postuna üç namizədi nəzərdən keçirir, Benites onlardan biridir. Qeyd olunur ki, ispaniyalı mütəxəssis Braziliya klubunun təklifini nəzərdən keçirir, lakin hələlik yekun cavabı verməyib.

Rafael Benites ötən ilin martından “Selta”dan ayrıldıqdan sonra işsizdi.

Aut.az