“Əl-Əhli” “Real”ın bu futbolçusuna görə 200 milyon ayırdı
“Əl-Əhli” “Real”ın vingeri Vinisius Juniorun Səudiyyə klubuna keçməsi üçün 200 milyon avro təklif etmək niyyətindədir.
Aut.z xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu hesab edir ki, “Real” bu təklifi qəbul edə bilər, çünki hazırda braziliyalı futbolçu klubla əmək müqaviləsini hələ də uzatmayıb.
Bununla belə, o da iddia olunur ki, Vinisiusun “Real” ilə yeni müqaviləsi əslində artıq razılaşdırılıb və yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, İspaniya Primerasının bu mövsümündə 23 yaşlı cinah yarımmüdafiəçisi 7 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə verib.
Aut.az
