Söz atdı: Bir gün etikadan, Di Stefano, Fiqu haqqında danışacağıq
“Barselona”nın sabiq prezidenti Joan Qaspar “Neqreyra işi”ndə Kataloniya klubunun digər rəhbərlərinə qarşı ittihamlardan danışıb.
“Barselona” heç bir qanun pozuntusuna yol verməyib. Siz ədalətə güvənməlisiniz və qərarı məhz onlar verməlidir. Bizi “sevənlər” bir addım irəli atıb, artıq bizi qınayıblar. Bir gün etikadan danışacağıq, amma keçmişdən. Məsələn, Di Stefano haqqında, Fiqu haqqında”, – deyə “Marca” Qasparın sözlərini sitat gətirib.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, İspaniya məhkəməsi İspaniya Kral Futbol Federasiyasının hakimlər komissiyasının keçmiş vitse-prezidenti Xose Neqreyranın işi üzrə “Barselona”nın hazırkı prezidenti Xoan Laportaya təqsirləndirilən şəxs statusu verib.
Aut.az
