İspaniya

“Real” onu satmaq istəyir, özü isə…

“Real” mərkəz müdafiəçisi Raul Asensionu yayda satıla bilər.

Aut.az xəbər verir ki, “kral klubu” 23 yaşlı yetirməyə artıq ciddi şəkildə güvənmir və onu qarşıdan gələn transfer pəncərəsində satmağa hazırdır. Bu barədə “El Mundo” məlumat yayıb.

Futbolçunun özü isə komandadan ayrılmaq istəmir. Raul Asensionun “Real”la mövcud müqaviləsi 2031-ci ilin ortalarına qədər qüvvədədir, onun “Transfermarkt”da göstərilən təxmini dəyəri isə 25 milyon avrodur.

Cari mövsümdə müdafiəçi “Real”ın heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az