Dünya futbolu

Qazaxıstan çempionu bəlli oldu

Bu gün, oktyabrın 22-də Qazaxıstan Premyer Liqasının 25-ci turunda “Ordabası” Karaqanda “Şaxtyor”unu qəbul edib.

Aut.az xəbər verir ki, qarşılaşma Qazaxıstanın Çimkənt şəhərindəki Xadjimukan Munaitpasov adına stadionda baş tutub. Qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bu qələbədən sonra “Ordabası” çempionatın başa çatmasına bir tur qalmış 58 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub və tarixdə ilk dəfə çempion olub.

Aut.az