Dünya futbolu

Bu kənddə 1 milyona malikanə aldı – FOTOLAR

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin Estoniyada təxminən 1 milyon avroya ev alıb.

Aut.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Karpin Tallindən 15 kilometr aralıda yerləşən turizm məkanı olan Prinqi kəndində 567 kvadratmetr sahəsi olan üçmərtəbəli kərpicdən tikilmiş kottec alıb. O, kottec üçün təxminən 1 milyon avro ödəyib. Mənbə dəqiqləşdirir ki, Karpin, həyat yoldaşı Daria və qızlarının Estoniya vətəndaşlığı var.

“Malikanə Tallin körfəzinin sahilində yerləşir. İçəridə sauna, buxar otağı, hovuz, idman zalı, bir neçə yataq otağı var. Daxili dekorasiyada cilalanmış daş, palıd (parket ondan hazırlanır) və digər təbii materiallardan istifadə olunub. Prinqi Estoniyanın məşhur turizm kəndidir, ticarət mərkəzi, barları, Karpinin arvadı Dariyanın getdiyi fitnes mərkəzi, Rusiya millisinin məşqçisinin iki qızının oxuduğu uşaq bağçası və məktəbi var”, – mənbə yazır.

Aut.az