Dünya futbolu

Çempionluğu əldən verdilər, stadionu qaranlığa qərq etdilər – VİDEO

Peru çempionatında pley-off mərhələsinin finalı baş tutub.

Aut.az xəbər verir ki, “Universitario” ilə “Alyans” arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab görüşündə isə “Universitario” səfərdə daha güclü olub – 2:0. “Tələbələr” 10 illik fasilədən sonra çempion olub. Bu, onların 27-ci liqa titulu olmaqla yanaşı, rekord göstəricidir.

“Alyans” məğlubiyyəti qəbul həzm edə bilməyib. Final fitindən dərhal sonra “Alexandro Villanueva” stadionunda işıqlar söndü. Meydan sahibləri “Universitario”ya çempionluğu meydanda qeyd etməyə imkan verməyib. Lakin bu hadisə qonaqların sevinməsinə dayandıra bilməyib.