Ona tez-tez “sizdə müharibə hələ də davam edir” sualını verirlər
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko yığmanın Avropa çempionatının final mərhələsinə düşməsinin müharibə şəraitində niyə xüsusi əhəmiyyət kəsb etdiyini açıqlayıb.
“Birincisi, biz göstərdik ki, hətta müharibə zamanı da ən yüksək səviyyədə rəqabət apara bilərik, bunu qitə çempionatına vəsiqə qazanmağımız da sübut edir. İkincisi, daha da önəmlisi, biz Ukraynanı fəxrlə təmsil edirik və nələr keçirdiyimizi dünyaya xatırladırıq.
Ukraynanın istər meydanda, istərsə də meydandan kənarda qazandığı hər bir qələbə hər bir ukraynalı üçün, xüsusən də hazırda ölkəmizi müdafiə edənlər üçün çox vacibdir. Təbii ki, Avro-2004 zamanı siyasi aksentlər qadağandır, amma inanıram ki, bu, Ukraynanın mövcud olduğunu və mübarizə apardığını dünyaya xatırlatmaq üçün hələ də yaxşı fürsətdir…
Təəssüf ki, Ukraynadakı müharibəyə qlobal maraq azalmaqdadır. “Bu müharibə hələ də davam edirmi?” sualını tez-tez eşidirəm. Bu, çox ağrılıdır, çünki biz öz varlığımız üçün mübarizə aparırıq, həm də çox güclü düşmənə qarşı sivil dünya üçün mübarizə aparırıq. Ölkədə genişmiqyaslı müharibənin olduğu bir vaxtda Ukraynanın Avro-2024-də iştirakı bunu dünyaya xatırlatmaq üçün çox yaxşı fürsətdir”, – UAF prezidenti vurğulayıb.
Aut.az
