Dünya futbolu

Azərbaycan millisinin üzvü rəmzi komandaya düşdü

İsveçrə Super Liqasında mövsümün ilk dövrəsinin rəmzi komandası açıqlanıb.

Aut.az xəbər verir ki, heyətdə “Qrasshopper”də çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov da yer alıb:

Azərbaycan yığmasının da üzvü olan forvard bu mövsüm İsveçrə çempionatında 15 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Qrasshopper” 16 turdan sonra 20 xalla 7-ci sıradadır.

Azərbaycan millisinin üzvü rəmzi komandaya düşdü