Zidan bu komandada çalışmaq istəyir: Özü açıqladı
Futbol üzrə Dünya və Avropa çempionu Zinədin Zidan gələcək karyerası barədə danışıb.
Aut.az xəbər verir ki, fransız mütəxəssis məşqçilik fəaliyyətinə qayıdacağına əmin olduğunu bildirib:
“Əlbəttə, mən yenidən baş məşqçi kimi işləyəcəm, bu mənim məqsədimdir. Bir gün Fransa millisinin baş məşqçisi olmaq istəyirəm”.
Qeyd edək ki, mətbuatda 53 yaşlı mütəxəssisin 2026-cı il dünya çempionatından sonra vəzifəsini tərk edəcək Dide Deşamın yerinə Fransa milli komandasının baş məşqçisi ola biləcəyi barədə məlumatlar yayılıb.
Onun məşqşi kimi tək iş yeri “Real” klubudur; O, “kral klubu”nu 2016–2018 və 2019–2021-ci illərdə çalışdırıb.
Aut.az
