O, əsl vəhşidir, “Qızıl top”u qazanacaq – Rodri kimi deyir?
İspaniya millisinin yarımmüdafiəçisi Rodri əmindir ki, Lamin Yamal nə vaxtsa “Qızıl top”u qazanacaq.
Aut.az xəbər verir ki, DAZN Rodridən sitat gətirib.:
“O, bir gün “Qızıl top”u qazanacaq – o, əsl vəhşidir. Yamal inanılmaz oğlandır. Mənim onunla çox yaxşı münasibətim var. İnsanlar onu o qədər də yaxşı tanımırlar.
İnsanları onu tanımağa təşviq edərdim. O, fantastik insandır. Medianın diqqəti? Bununla yaşamaq lazımdır. Yamal inanılmaz dərəcədə yetkindir. Bəzi mənalarda onun imici təhrif olunub.
O, yaşına görə inanılmaz dəyərlərə malik fantastik bir oğlandır. Onun 18 yaşında olduğunu unutmamalıyıq”.
Rodri 2024-cü ildə “Qızıl top” mükafatını qazanıb.
Aut.az
