Türkiyə

“Beşiktaş” onunla maraqlanmır, Türkiyəyə başqa iş üçün gedib

Türkiyənin “Beşiktaş” klubu İqor Tudoru baş məşqçi postuna namizəd hesab etməyib .

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Əlaqələrə baxmayaraq, “Beşiktaş”la 45 yaşlı xorvat arasında heç bir konkretlik yox idi. Tudor başqa səbəblərdən Türkiyəyə səfər edib.

Xatırladaq ki, İqor Tudorun son iş yeri bir mövsüm işlədikdən sonra iyunun 1-də tərk etdiyi Fransa “Marsel”i olub.

Tudorun karyerasında yeganə titul 2012/13 mövsümündə doğma Split “Hayduk”unda qazandığı Xorvatiya kuboku olub.

Aut.az