Türkiyə

Türkiyə klubunun baş məşqçisi açıqlandı

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, Super Liqa təmsilçisini Aleksandar Stanoyeviç çalışdıracaq. Bu barədə “ağ-yaşıllar”ın mətbuat xidməti məlumat yayıb. Serbiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Son iş yeri ölkəsində “Partizan” olan Aleksandar Stanoyeviç “Konyaspor”un baş məşqçisi postunda dünən istefaya göndərilən İlhan Palutu əvəz edib.