İngiltərə

Onun nə qədər istedadlı olduğunu anlamağa başlayıblar

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın ukraynalı futbolçusu Mixail Mudrikə münasibətindən danışıb.

“Biz bu adamın nə qədər istedadlı olduğunu anlamağa başlayırıq. O, çox həssas və ağıllıdır. Belə oyunçulara güvən vermək vacibdir. İnsanlar güvəndikcə, açıq ola bilər və futbolda öz istedadını göstərməyə başlaya bilər.

Mişanın komanda, məşqçilər korpusu, tibb işçiləri və klubla həqiqətən yaxşı münasibəti var. Bu, böyük irəliləyişdir.

Ən əsası odur ki, o, futbol oynayanda özünü inamlı və xoşbəxt hiss edə bilsin”, – Poçettinodan “The Standard” sitat gətirib.

Aut.az