Onları niyə fitə basıblar? – Səbəbini bildir
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt İslandiya ilə yoldaşlıq görüşündə (0:1) uduzduqdan sonra komandanın fitə basılmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, mütəxəssis azarkeşlərin bu davranışını anlayışla qəbul etdiyini deyib.
“Niyə fitə basıldığımızı mükəmməl başa düşürəm. Oyun boyu onları ayaq üstə saxlamaq üçün kifayət qədər yaxşı oynamadıq.
Fikrimcə, bu oyundan çox şey öyrəndim. Amma azarkeşlərin reaksiyasından narahat deyiləm. Onlar burada bizimlədirlər və bu, böyük fərq yaradır, lakin komanda onlara qapı önündə kifayət qədər hərəkət etməli, kifayət qədər yaxşı oynamalı, güclü pressinq etməli və topu qazanmalıyıb. Bu gün bunu etmədik”, – “Sky Sports” Sautqeytdən sitat gətirib.
İyunun 16-da Avro-2024-ün qrup mərhələsinin 1-ci turu çərçivəsində İngiltərə Serbiya ilə qarşılaşacaq.
Aut.az
