Mahirin komandasında ona güvənmirlər – Qışda ayrılacaq
Xorvatiyanın Zaqreb “Dinamo”sunun məşqçilər korpusu ukraynalı müdafiəçi Boqdan Mixayliçenkoya güvənmir.
Mixayliçenkonu əsas komandadan ayırıblar. O, yeniyetmələrdən ibarət komanda ilə məşq edir.
Qışda yəqin ki, ukraynalı ilə müqaviləyə xitam veriləcək.
Bu mövsüm 26 yaşlı Boqdan Mixayliçenko Zaqreb “Dinamo”sunda 15 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Azərbaycan yığmasının hücumçusu Mahir Emreli də “Dinamo”da çıxış edir
Aut.az
