Ərəblər Türkiyə yığmasının üzvünü də apardılar
“Atalanta”nın və Türkiyə millisinin müdafiəçisi Merih Demiral karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Aut.az xəbər verir ki, “Əl-Əhli” futbolçunu heyətinə qatmaq üzrədir. Transferin məbləği təxminən 18 milyon avro olacaq. Tərəflər artıq müqavilə şərtlərini razılaşdırıb. Futbolçunun 24 saat ərzində sözləşməni imzalayacağı gözlənilir.
Demiral ötən mövsüm A Seriyasında 28 oyun keçirib, 1 qol vurub və 5 sarı vərəqə alıb. Portal “Transfermarkt” 25 yaşlı mərkəz müdafiəçisini 20 milyon avro dəyərində qiymətləndirir.
