Dünya futbolu

Ərəblər Ronaldonu bu pankartla təsirləndirdilər – FOTO

Oktyabrın 21-də Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda “Əl-Nəsr” ” Damak”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, “Əl-Nəsr” azarkeşləri oyundan əvvəl tribunalarda Ronaldonun superqəhrəman obrazında nəhəng pankartını asıblar.

Kriştiano Portuqaliyalı futbolu tarixində milli komandada 200 matç keçirməyi bacaran yeganə oyunçudur.

Fanatlar bu məqamı nəzərə alaraq Ronaldoya jest ediblər. O, azarkeşlərin bu addımından təsirlənib və onlara dəfələrlə minnətdarlıq edib.

Ərəblər Ronaldonu bu pankartla təsirləndirdilər – FOTO

Aut.az