Derbilərin rekordçusu oldu
“Everton”la oyundan (2:0) sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqada Mersisayd derbisindəki qələbələrə görə rekordçu olub.
Aut.az xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb.
Klopp İngiltərə Premyer Liqasında 9-cu Mersisayd derbisində qalib gələrək, bu göstəricidə Rafa Benitesi (8) geridə qoydu.
Alman mütəxəssis 2015-ci ilin oktyabrında Dortmund “Borussiya”sından “Liverpul”a gəlib. Klubda işlədiyi səkkiz il ərzində Yurgen komandaya 443 matçda rəhbərlik edib. Bu mövsüm bütün turnirlərdə keçirdiyi 12 oyundan sonra “Liverpul” 9 qələbə qazanıb, iki dəfə heç-heçə edib və bir dəfə uduzub.
Hazırda İngiltərə çempionatında keçirdiyi 9 matçdan sonra 20 xalla ikinci pillədə qərarlaşıb. Everton isə 7 xalla 16-cı yerdədir.
Aut.az
