İngiltərə

Çətin duruma düşüblər, formatı dəyişirlər

İngiltərə Futbol Assosiasiyası təqvim islahatı çərçivəsində ölkə kubokunun (FA Cup) formatının dəyişdirilməsi imkanını nəzərdən keçirir.

Aut.az xəbər verir ki, UEFA avrokubokları genişləndirmək qərarına gəldikdən sonra ölkədə keçirilən turnirlərin təqvim islahatına ehtiyac yaranıb. Federasiya bütün mərhələlərin bir oyundan ibarət olmasında maraqlıdır. Belə olan halda, heç-heçə bitən oyunlar zamanı əlavə vaxt deyil, birbaşa penaltilər seriyası təyin edilə bilər.

Mümkün dəyişikliklər yalnız 2025/2026 mövsümündə qüvvəyə minəcək. Çünki yayım hüquqları ilə bağlı yeni müqavilələr bağlanılıb. Sözləşmələrdə dəyişiklik etmək federasiyanın maliyyə itirməsiylə nəticələnə bilər.