Premyer Liqa klubunun kapitanı “Beşiktaş”da – FOTO
“Nottingem Forest”in mərkəz müdafiəçisi Co Vorall karyerasını Türkiyə çempionatında davam etdirəcək.
Aut.az xəbər verir ki, 27 yaşlı futbolçu Türkiyənin “Beşiktaş” klubu ilə müqavilə imzalayıb. O, bu mövsümün sonuna qədər icarə əsasında oynayacaq, bundan sonra İstanbul klubu oyunçunun müqaviləsini tam olaraq almaq hüququna malik olacaq.
Qeyd edək ki, Vorall 2019/2020 mövsümündən bəri “Nottingem Forest”də oynayır (bir il Şotlandiya “Reyncers”ində oynadıqdan sonra komandaya qayıdıb).
Bu mövsüm müdafiəçi bütün turnirlərdə “meşəçilər”lə 9 oyun keçirib (onların əksəriyyətində kapitan kimi meydana çıxıb).

Aut.az
