“İmarət Tayfa” “Qarabağ”ın qolunu niyə görə bilmədi?
Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ” “Turan Tovuz”un qonağıdır.
Aut.az xəbər verir ki, ilk hissəsi oynanılan matçda Ağdam təmsilçisi dəstəksiz qalmayıb. “İmarət” fan-klubunun 50-60 nəfərlik üzvü komandasına dəstək olmaq üçün qərb bölgəsinə səfər edib.
Ancaq onlar matçda 15-ci dəqiqə oynanılan zaman tribunadakı yerlərini alıblar. Bu səbəbdən “Qarabağ”ın 9-cu dəqiqədə vurduğu qolu görə bilməyiblər.
Onların hansı səbəbdən yubandığı məlum deyil.
Aut.az
